Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Hindistan nüvə döyüş başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib

Tarix :
Hindistan nüvə döyüş başlığı daşıya bilən ballistik raketi sınaqdan keçirib


Hindistan nüvə başlığı daşıya bilən yerüstü orta mənzilli ballistik raketi uğurla sınaqdan keçirib.
Bu barədə "Times of India” ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, raket Odişa sahilindəki sınaq poliqonundan buraxılıb.
"Aqni-Praym” adlı raket 1-2 min kilometr uçuş məsafəsinə malikdir və "yer-yer” tiplidir.
Sınaq uçuşu zamanı raket maksimum məsafəni keçib və bütün sınaq məqsədləri uğurla yerinə yetirib.