Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

Tarix :
Azərbaycanda ŞOK HADİSƏ! - Qadının evinə qumbara atıldı

Dekabrın 12-də Quba sakini olan qadının evinə qumbara atılması və həmin şəxsin “Toyota” markalı avtomobillə oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.
 
Qafqazinfo xəbər verir ki, Quba RPŞ tərəfindən tədbirlər həyata keçirilib, hadisə yerindən 1 ədəd təlim qumbarası aşkar olunaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Ağalı Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə saxlanılıb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.