Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkədə 2009-cu ildə və daha sonra doğulanlar heç vaxt siqaret ala bilməyəcəklər – SƏBƏB

Tarix :
Bu ölkədə 2009-cu ildə və daha sonra doğulanlar heç vaxt siqaret ala bilməyəcəklər – SƏBƏB

Yeni Zelandiya, yeni nəslin siqaret çəkmə vərdişini tamamilə cilovlamaq üçün dünyada 14 yaşından aşağı olanların bundan sonra hər il bir il artacaq şəkildə siqaret almasını tamamilə qadağan edən ilk qanunu qəbul edib.
 
Xarici medianın məlumatına görə, Yeni Zelandiya Səhiyyə Nazirinin müavini Ayesha Verrall parlament iclasında hökumətin “Siqaret çəkməyə qarşı 2025 Fəaliyyət Planı”nı işə saldığını açıqlayıb.
Verrall verdiyi açıqlamada, "Siqaret çəkmə nisbətləri düzgün istiqamətdə hərəkət etdikcə, məqsədimizə çatmaq üçün daha çox, daha sürətli işlər görməliyik" - deyib.
Siqaretdə vergi artımının fayda vermədiyini qeyd edən Verrall, bunun "insanların siqareti buraxmasına kömək etməyəcəyini, yalnız vərdişdən qurtulmaq üçün mübarizə aparan siqaret çəkənləri cəzalandıracağını" ifadə edib:
“Biz gənclərin heç vaxt siqaret çəkməməsini təmin etmək istəyirik, buna görə də yeni gənclər qruplarına hisə verilmiş tütün məmulatlarını satmağı və ya tədarük etməyi cinayət hesab edəcəyik. Qanun qüvvəyə minəndən etibarən, 14 yaşı olanlar heç vaxt qanuni olaraq tütün ala bilməyəcəklər”.