Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukraynanın nəzarətində olan bütün AES-lər yenidən işə başlayıb

Tarix :
Ukraynanın nəzarətində olan bütün AES-lər yenidən işə başlayıb

Ukrayna hakimiyyətinin nəzarətində olan bütün atom elektrik stansiyaları yenidən işə başlayıb.
UNIAN xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.

Onun sözlərinə görə, Ukraynadakı bütün 9 enerji blokunun fəaliyyəti bərpa edilib.

G.Qaluşenko bildirib ki, dekabrın 13-nə keçən gecə 1000 MVt gücündə 9-cu enerji bloku Ukraynanın enerji sisteminə qoşulub. Nazir konkret ad çəkməsə də, bu stansiyanın noyabrın 23-də raket hücumundan sonra bağlandığını vurğulayıb.

Xatırladaq ki, Ukraynanın enerji strukturuna ilk kütləvi hücum oktyabrın 10-da baş verib.