Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Erməni məmur pilləkəndən yıxılıb öldü

Tarix :
Erməni məmur pilləkəndən yıxılıb öldü

Ermənistanın Maliyyə Nazirliyinin inzibati binasında ölüm hadisəsi qeydə alınıb.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Belə ki, nazirliyin 65 yaşlı aparıcı mütəxəssisi pilləkəndən düşərkən yıxlıb və başından zədə alıb. Məmur hadisə yerində keçinib.
Meyitə ilkin baxış zamanı hər hansı zorakılıq əlaməti aşkar olunmasa da, faktla bağlı cinayət işi açılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub.
Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.