Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Gənc yazar narkotikdən öldü - FOTO

Tarix :
Gənc yazar narkotikdən öldü - FOTO

İstanbul Leventdə 15 nəfərdən ibarət şəxsin keçirdiyi doğum günü gecəsi faciə ilə bitib. 
Türkiyə KİV xəbər verir ki, gecənin qurbanı mətn yazarı (reklamyazan) Erdi Erden olub. 
Belə ki, o  axşam saatlarında işlədiyi, əmisi oğlu Gökhan A.-ya məxsus reklam agentliyinə gəlib. Agentliyin əməkdaşının ad gününə burada toplaşan 15 nəfərə yaxın qrup spirtli içki məclisi təşkil edib. Gecə saatlarına qədər davam edən və narkotikdən istifadə etdiyi iddia edilən ziyafətdən sonra qrup agentlikdən çıxaraq evlərinə gedib. Lakin Erdi Erden əmisi oğlu Gökhan A.-ya özünü pis hiss etdiyi üçün evə gedə bilməyəcəyini və agentlikdə qalacağını bildirib.
Əyləncənin sabahı yaxınları Erdi Erdenin zənglərə cavab vermədiyinə görə narahatlıq keçirib. Əmisi oğlu sahibi olduğu reklam agentliyinə gedib. Otağa daxil olan Gökhan A. Erdeni yerdə, hərəkətsiz vəziyyətdə görüb və təcili yardım çağırıb. Səhiyyə əməkdaşlarının müayinəsindən sonra E.Erdenin öldüyü müəyyən olub. 
Hadisə yerinə polis əməkdaşları gəlib.
32 yaşlı yazıçının yüksək dozada spirtli içki və narkotik istifadəsi səbəbindən infarkt keçirdiyi bildirilib. E.Erdenin çantasından 2 ədəd hazır narkotik maddə tapılıb. 

 

  • Gənc yazar narkotikdən öldü- FOTO
  • Gənc yazar narkotikdən öldü- FOTO
  • Gənc yazar narkotikdən öldü- FOTO