Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiyalı jurnalist sərhəddə saxlanıldı

Tarix :
Rusiyalı jurnalist sərhəddə saxlanıldı

Rusiyanın “Zvezda” telekanalının müxbiri Kosovo ilə sərhəddə yerləşən Raska rayonunda saxlanılıb.
Bu barədə adı çəkilən telekanal məlumat yayıb.
Jurnalistin özünün redaksiyaya verdiyi məlumata görə, o, peşə fəaliyyətini yerinə yetirərkən Serbiya polisi tərəfindən saxlanılıb. Saxlanmanın səbəbi və digər hallar hələlik məlum deyil.
Artıq kanalın bütün lazımi sorğuları Rusiyanın Serbiyadakı konsulluğuna göndərdiyi vurğulanır.
Dekabrın 10-da Kosovonun şimalında vəziyyət yenidən gərginləşib. Bildirilib ki, özünü müstəqil elan etmiş Kosovo respublikasının Daxili İşlər Nazirliyi keçmiş polis əməkdaşı, etnik serb Deyan Pantiçi saxlayandan sonra serblər orada barrikadalar qurmağa başlayıblar.
Serbiya prezidenti Aleksandar Vucic 11 dekabrı prezidentliyinin ən ağır günü adlandırıb. Həmin gün o, Kosovonun şimalında vəziyyətin gərginləşməsi fonunda Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.