Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Facebook"a maraq azalır

Tarix :
"Facebook"a maraq azalır

Son 15 il ərzində "Facebook" sosial şəbəkəsində istifadəçilərin sayı 30 dəfə artıb. 
Məşhur “Statista” portalında açıqlanan məlumatlar bildirir ki, 2008-cu ilin 3-cü rübünün yekununda 100 milyon istifadəçisi olan "Facebook"un bu ilin 3-cü rübünün yekununda 2 milyard 958 milyon istifadəçisi olub.
Bu ilin ilk 3 rübü ərzində "Facebook" istifadəçilərinin sayı 46 milyon artıb. Müqayisə üçün bildirək ki, əvvəlki ilin ilk 3 rübü ərzində sosial şəbəkə istifadəçilərinin sayında builkindən çox - 112 milyon artım qeydə alınıb. 2020-ci ilin ilk 3 ayında isə artım daha çox olub – 242 min.
"Facebook" istifadəçilərinin sayı ilk dəfə 2012-ci ilin 3-cü rübü ərzində bir milyardı keçib.