Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Abşeronda 1 yaşlı körpə ikinci mərtəbədən yıxıldı

Tarix :
Abşeronda 1 yaşlı körpə ikinci mərtəbədən yıxıldı

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb. 
"Report"un məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb. 2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.