Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Rus sülhməramlıları bu vəzifənin öhdəsindən gəlməyib"

Tarix :
"Rus sülhməramlıları bu vəzifənin öhdəsindən gəlməyib"

"Qarabağda separatçı qurumun fəaliyyəti bizi o qədərdə narahat etmir. Çünki bu qurumu biz tərf kimi də tanımırıq. Xankəndi Azərbaycanın bir parçasıdır. Biz artıq ora qayıdışın ilkin mərhələsindəyik". 
Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 
Onun sözlərinə görə, Şuşa-Xankəndi yolunda gedən etiraz aksiyası güc strukturlarımızla əvəzlənə bilər:
Bu qayıdışın getdikcə daha da miqyası böyüyəcək,  daha da genişlənəcək. Aksiyada sülhməramlılar birtərəf və neytrallığını itirdiklərinə  görə, azərbaycanlı fəallar tərəfindən kəskin tənqidlərə məruz qalırlar. Minlərlə  azərbaycanlı həmin ərazidə fəallarımıza  dəstək vermək üçün növbəyə durublar. Etirazlarımıza Rusiya sülhməramlıları reaksiya verməyənə qədər öz fəaliyyətlərində  korreksiya etməyənə  qədər  bu aksiyalar davam edəcək. Yaxın zamanda  isə  həmin fəallarımızı bizim güc strukturları əvəz edə bilər. Yəni rusların nəzarətində ola Qarabağa giriş-çıxışa Azərbaycan tərəfi öz üzərinə götürməlidir. Rusiya sülhməramlıları bu vəzifənin öhdəsindən gəlməyib və  gəlmək fikrində də  deyillər. Bizim əsgərlərimizin qarşısına ağır  pleymotlarla, zirehli texnika ilə çıxan rus sülhməramlı kontingen nədənsə bizə aid yataqlarda monitorinq keçirmək üçün onların nəzarətində olan ərazilərə  gedən erməni  etirazçıların qarşısına çıxmadılar. Əksinə onlarla razılaşdırılmış şəkildə fəəliyyət göstərdilər. Bu isə Azərbaycan üçün  qəbuledilməzdir. Azərbaycan buna qarşı öz adekvat və çox təsirli addımlarını yaxın zamanda atacaq".