Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda "parkovşik" sürücüyə HÜCUM ETDİ

Tarix :
Bakıda "parkovşik" sürücüyə HÜCUM ETDİ

Bakıda parklanma nəzarətçisi ilə sürücü arasında mübahis yaşanıb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. "Opel" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxladığı yerdə iddialara görə, ödəniş etməyib. Bu zaman da qanunsuz parklanma nəzarətçisi ona hücum çəkib.
Belə ki, "nəzarətçi" hətta zərbə endirmək məqsədilə stulu götürüb avtomobilə yaxınlaşıb. Lakin daha sonra maşının şüşəsini tutub dartaraq, zədələyib.

Görüntülər sosial şəbəkədə izləyicilərin hiddətinə səbəb olub. Əksəriyyət onların qanunsuz işlədiyini, əslində onlara heç bir ödəniş edilməməli olduğunu bildirib.
Qeyd üçün bildirək ki, Bakı şəhərində hələlik rəsmi olaraq, parklanmalar üçün vahid ödəniş haqqı təsdiq olunmayıb.