Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Avropa Şurasının Baş katibi Lavrova məktub göndərib

Tarix :
Avropa Şurasının Baş katibi Lavrova məktub göndərib

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktubla müraciət edərək, Rusiya Federasiyasını Avropa İnsan Haqları Məhkəməsinin mühüm qərarlarını icra etməyə çağırıb.

Bununla bağlı Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
AŞ-nin Baş katibi məktubunda bildirib ki, Rusiya Federasiyası 16 mart 2022-ci il tarixində Avropa Şurasından və 16 sentyabr 2022-ci il tarixindən etibarən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının Yüksək Razılığa Gələn Tərəfi olmaqdan çıxsa da, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etmək üçün məcburi beynəlxalq hüquq öhdəliyi var:

"Nazirlər Komitəsi rüblük insan hüquqları iclaslarında Rusiya Federasiyasına qarşı qərarların icrasına nəzarəti davam etdirir. Çox təəssüf ki, Rusiya Federasiyası bu görüşlərdə iştirak etməməyi seçib və Məhkəmənin qərarlarının icrası ilə bağlı Avropa Şurası ilə bütün əlaqələri dayandırıb. Bununla belə, Komitə CM-DH iclaslarında (müvafiq olaraq mart, iyun və sentyabr aylarında) qərarlar, o cümlədən aralıq qətnamələr qəbul edib və hər iclasdan sonra Rusiya hakimiyyət orqanlarına göndərilib".

AŞ-nin Baş katibi bildirib ki, Nazirlər Komitəsi ən son iclasında (6-8 dekabr) aralıq qətnamələr və digər qərarlar qəbul edib ki, bunlar da Gürcüstan-Rusiya münaqişəsi, Yehova Şahidləri, Navalnı məsələsi ilə bağlıdır. Rusiya isə bu məsələlərlə bağlı Avropa Məhkəməsinin qərarlarını icra etməyib.