Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Mənzurə şikayətləndi: “Ad günümə də gəlmədi“

Tarix :
Mənzurə şikayətləndi: “Ad günümə də gəlmədi“

"Zaur ("Zaurla Günaydın" verilişinin aparıcısı Zaur Baxşəliyev - red.) illər əvvəl "Yağ kimi" verilişinə məni çəkəndə beşinci mərtəbədə olan evimə gəlmişdi. O evimi satdım, bu mənzili aldım. Böyüdüb, təmir etdirdim.
Bizim.media xəbər verir ki, bu sözləri bu gün doğum gününü qeyd edən müğənni Mənzurə Musayeva "Zaurla Günaydın" səhər şousunda deyib.
O əlavə edib: "Əvvəllər fikirləşirdim ki, neynirəm geniş evi, tək insanam, amma sonra gördüm ki, geniş olması daha yaxşıdır. Bu mənzilim 3 otaqlıdır. 2 yataq otağım var, qonaq otağı ilə mətbəxin arasını açdırıb, "studiya" kimi böyük otaq etmişəm. Bu evi 2012-ci ildə təmir etdirmişəm".
Verilişin aparıcısı Zaur Baxşəliyev canlı yayım zamanı sənətçinin doqquz mərtəbəli binaların birində yerləşən evinə qonaq gedib.
Zaurla həmsöhbət olan sənətçi doğum günündə uşaqlıqdan böyüdüb boya-başa çatdığı qardaşı qızı Çinarənin onun yanında olmamasından gileylənib:
"Hərdən istəyirəm evin dizaynını dəyişim. Amma sonra özümə sual verirəm ki, bunu kimin üçün edəcəyəm? Əgər yaxınlarım məni doğum günümdə tək, yalnız qoyurlarsa, bunu etməyimin nə mənası var? Zaur, bəs sən necə fikirləşirsən? Onlarım bu hərəkəti qəlbimə dəyir. Sağ olsun digər məni ozünə yaxın bilən insanlar gəldilər yanıma. Bacım, anam da hər zaman yanımdadır.
Əgər mənim özəl günümdə məni tək qoyacaqlarsa neynirəm? Dostlarım gəlirlər yanıma. Bu gün mənim evdə tək qalmağım nə dərəcədə düzgündür?! İstəyirəm ki, nəvəm yanıma gəlsin. Evdə qaçıb buraları dağıdıb-töksün. Gəlmirlər... Yəqin işləri çoxdur".