Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qətər "Avropa Parlamentində rüşvət" iddialarına cavab verdi

Tarix :
Qətər "Avropa Parlamentində rüşvət" iddialarına cavab verdi

Qətər, Avropa Parlamentində bəzi iqtisadi və siyasi qərarlarına təsir etmək üçün strateji olaraq yerləşdirilmiş şəxslərə rüşvət verməsi ilə bağlı iddiaları rədd edib.
 
Xarici medianın məlumatına görə, Qətər Avropa Birliyi Missiyası iddialarla bağlı rəsmi Twitter hesabından açıqlama yayıb.
Açıqlamada, “Mətbuatda bəzi şəxslərə qarşı Qətəri ittihamlarla əlaqələndirmək cəhdləri qəti şəkildə rədd edilir. Qətər dövlətinin bəzi iddialarla əlaqələndirildiyi bu xəbərlər əsassızdır” deyilib.
Bəyanatda qeyd olunub ki, Qətər diplomatik fəaliyyətini institusional əlaqələr vasitəsilə və beynəlxalq hüquqa və dövlətlər arasında münasibətləri tənzimləyən qaydalara tam uyğun olaraq həyata keçirir.