Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Paşinyan onlardan birini nazir təyin edəcək

Tarix :
Paşinyan onlardan birini nazir təyin edəcək

Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vahram Dumanyanın istefasından sonra müvafiq posta kimin təyinat alacağı barəsində müxtəlif spekulyasiyalar səslənib.
“Hraparak” xəbər verir ki, məlum posta yaxın zamanlarda 2 şəxsdən biri gələ bilər.
Erməni nəşri yazır ki, ilk namizəd təhsil sisteminə tam hakim olan Janna Andreasyan olması mümkündür. Onun bu posta gəlməsi təbii qarşılanacaq:
“Bu namizədin təyinatının mənfi tərəfi odur ki, o, Sorosun fikirlərinin daşıyıcısıdır və Sorosun təhsil konsepsiyasına uyğun olaraq, təhsil sistemini tamamilə yenidən formalaşdırır.
Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə ikinci namizəd isə keçmiş diaspor naziri, son illərdə Paşinyanın arvadı Anna Akopyana məxsus “Mənim addımım” fondunun icraçı direktoru olmuş Mxitar Ayrapetyandır.
Bu ad nazirlik üçün dəhşətverici ola bilər. Ayrapetyan Diaspora Nazirliyində işləyərkən yaxşı xatirələr saxlamayıb və bu sistemdə onun təyinatının əleyhinə olanlar çoxluq təşkil edəcəklər”.