Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Romada silahlı qarşıdurma: 3 NƏFƏR ÖLDÜRÜLDÜ

Tarix :
Romada silahlı qarşıdurma: 3 NƏFƏR ÖLDÜRÜLDÜ

Romada kafedə keçirilən bir mənzil yığıncağına basqın edən silahlı şəxs baş nazir Melonun dostu da daxil olmaqla 3 nəfəri öldürüb.

Dünən İtaliyanın paytaxtı Romada bir kafedə mənzil idarəsi iclasında çıxan mübahisədə 3 mənzil sakini öldürülüb. Ölənlərdən biri baş nazir Giorgia Meloni-nin dostudur.

67 yaşlı Klaudio Kampiti dünən Fidene rayonunda bir kafedə təşkil edilən mənzil rəhbərliyi iclasında Sabina Sperandio, Elisabetta Silenzi və Nicoletta Golisano-nu tapança ilə öldürüb. Kampiti 1-i ağır olmaqla 4 nəfəri yaralayıb. Digər sakinlərin müdaxilə etdiyi Campiti təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.