Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda ikimərtəbəli ev PARTLADI - VİDEO

Tarix :
Azərbaycanda ikimərtəbəli ev PARTLADI - VİDEO

Xırdalanda yaşayış evində partlayış olub.
 
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə ötən gün sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə baş verib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın qeydə alınmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.