Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ərdoğan: “Taxıl dəhlizi” ilə 8 milyon ton kənd təsərrüfatı məhsulları daşınıb”

Tarix :
Ərdoğan: “Taxıl dəhlizi” ilə 8 milyon ton kənd təsərrüfatı məhsulları daşınıb”

"Taxıl sazişi” çərçivəsində oktyabrın 20-dək 8 milyon ton kənd təsərrüfatı məhsulu daşıyan 363 yük gəmisi Ukrayna limanlarını tərk edib".
Anadolu xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı onu müşayiət edən türkiyəli jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu məhsulların, təxminən, 62 %-i Avropa, 19,5 %-i Asiya, 13 %-i Afrika ölkələri, 5,3 %-i Yaxın Şərq bazarlarına çatdırılıb: "Yoxsul ölkələr cəmi 454 626 ton kənd təsərrüfatı məhsulu alıb ki, bu da ümumi tədarükün 5,7%-ni təşkil edir. Dəhlizlə əsasən qarğıdalı, buğda, günəbaxan yağı, raps və günəbaxan şrotu ixrac edilib. Bu növ kənd təsərrüfatı məhsullarının ümumi ixracda payı təqribən 96% təşkil edir”.
R.T.Ərdoğan bildirib ki, "taxıl sazişi”nin uzadılması üçün heç bir maneə yoxdur: "Ukrayna və Rusiya prezidentləri ilə danışıqlardan sonra bu qənaətə gəldim. Düşünürəm ki, bu yolda yarana biləcək hər hansı maneə aradan qaldırıla bilər".
Xatırladaq ki, bu il iyulun 22-də İstanbulda Ukraynadan "taxıl dəhlizi”nin işə salınması ilə bağlı saziş imzalanıb. Avqustun 1-də Ukrayna ərzaq məhsulları yüklənmiş ilk gəmi Odessa limanını tərk edib.