Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Müharibəyə qarşı çıxdığı üçün həbs edilən jurnalist Rusiyadan qaçıb

Tarix :
Müharibəyə qarşı çıxdığı üçün həbs edilən jurnalist Rusiyadan qaçıb

 Rusiyanın ən çox baxılan televiziya kanallarından biri olan Kanal 1-də canlı yayımda Rusiyanın Ukraynanı işğal etməsinə etiraz edən jurnalist Marina Ovsyannikova qızı ilə birlikdə ölkədən qaçıb. "Marina Ovsyannikova ev dustaqlığında olduğu mənzildən çıxdıqdan bir neçə saat sonra qızı ilə birlikdə ölkəni tərk edib", - Ovsyannikovanın vəkili Dmitri Zaxvatov AFP-yə bildirib. Ovsyannikovanın Avropa ölkələrindən birinə getdiyini deyən vəkili təhlükəsiz səbəblərdən onun hansı ölkədə olduğunu açıqlamayıb.