Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Samiraldoya kim efir qadağası qoyub? - Aparıcılar danışdı

Tarix :
Samiraldoya kim efir qadağası qoyub? - Aparıcılar danışdı

Son günlər ölkə telekanallarında bəzi məşhurlara efir qadağası qoyulması məsələsi gündəmdədir.
Bu sırada stilist Samiraldo (Samir Əliyev) da yer alır. Stilist Yenisabah.az-a açıqlamasında son illər efirlərə çıxmadığını, telekanalların ona qadağa qoyduğunu iddia edərək gileylənib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış teleaparıcı Rövşanə Bektaşi bu iddiaların doğru olmadığını bildirib:
“Qəttiyyən doğru deyil. Mənə heç kim deməyib ki, Samiraldonu efirə çağırma. Mənim onunla çox gözəl münasibətim var, özü də təsdiq edər ki, ilk dəfə Samiraldonu efirə çıxaranlardan biri məhz mən olmuşam. Mənim Samiraldo ilə çox gözəl dostluğum var, xətrini də çox istəyirəm. Ona qarşı qadağa filan yoxdur. Sadəcə bu aralar dəb, geyimlə bağlı mövzu işləməmişəm deyə dəvət etməmişəm. Mən öz adıma danışıram, əgər söhbət bir aparıcı olaraq məndən gedirsə, mənə Samiraldonu dəvət etmə deyilməyib. Başqa verilişləri isə deyə bilmərəm. Mən başqa kanallarda işləyəndə də dəfələrlə Samiraldonu dəvət etmişəm. Onunla aramda heç bir problem ola bilməz, çox maraqlı, kreativ insandır”.
Aparıcı Zümrüd Bədəlova isə aparıcıların efirdə kiməsə qadağa qoymaq kimi səlahiyyətlərinin olmadığını deyib:
“Aparıcılar televiziyada heç kəsə qadağa qoya bilməz. Biz kiməsə qadağa qoya bilmərik, buna rəhbərlik qərar verir. Aparıcının münasibəti olmayan, qalmaqal yaşadığı bəzi məşhurlar olur, bu zaman gedib rəhbərliyə bildirirlər ki, məmnim filankəslə münasibətim yoxdur. Rəhbərlik də aparıcının istəyini nəzərə alaraq nə isə edə bilər. Amma Samiraldoya gəldikdə, mən onu son vaxtlar efirlərdə gösməmişəm. Mən onun xətrini çox istəyirəm, onu öz “YouTube” kanalıma çəkmək istəyirdim. Rəşadı çatdırıb çəkdim, sonra işlər bir az dayandı, çəkə bilmədim. Samiraldo bunu mənim üçün deməz, o mənim xətrimi çox istəyir”.