Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Amerikalıların yarısından çoxu Baydendən narazıdır

Tarix :
Amerikalıların yarısından çoxu Baydendən narazıdır

Amerikalıların 50 faizdən çoxu Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətini bəyənmir. 
Bu barədə məlumat Associated Press informasiya agentliyinin NORC Araşdırma Mərkəzi ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb.
Rəyi soruşulan amerikalıların 43 faizi Co Baydenin prezident kimi fəaliyyətindən razı olduğu halda, 55 faizi onun siyasətindən narazıdır. Demokratik partiyanın tərəfdarlarının 77 faizi, Respublikaçılar partiyasının tərəfdarlarının isə 10 faizi ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib.
Respondentlərin yalnız dörddə biri ölkənin düzgün istiqamətdə irəlilədiyini düşünür. Eyni zamanda, respublikaçıların 90 faizi, demokratların 60 faizi hesab edir ki, ABŞ iqtisadiyyatı pis vəziyyətdədir.
Dekabrın 1-dən 5-dək keçirilən sorğuda 1124 amerikalı iştirak edib.