Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Banklar qarşısında yeni tələblər qoyulur

Tarix :
Banklar qarşısında yeni tələblər qoyulur

Azərbaycanda banklar qarşısında yeni tələblər qoyulur.
Bununla bağlı “Banklar haqqında” qanuna dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, qanunun 42-ci maddəsi yeni redaksiyada verilir və maddəyə yeni bənd (42.3) əlavə olunur.
Yeni bəndə əsasən, uydurma adlarla bağlı və ya anonim hesabların açılmasına, sənədlərin və əmlakın uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul edilməsinə (xüsusi otaqlarda və ya seyf qutularında saxlanılmasına), anonim depozit sertifikatlarının buraxılmasına və anonim bank kitabçalarının təqdim edilməsinə yol verilmir.