Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb

Tarix :
Belarus vətəndaşı Balakəndə gömrük postunda ölüb


Azərbaycan-Gürcüstan sərhədinin Balakən rayonu ərazisində, Mazımçay Gömrük postunda ölüm hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11 radələrində qeydə alınıb. Gürcüstandan Azərbaycan ərazisinə idarə etdiyi iri tonnajlı yük avtomobili ilə keçən, Belarus vətəndaşı, 1975-ci il təvəllüdlü Aleksandr Fusevin halı qəfildən pisləşib və o, hadisə yerində keçinib.
Hadisə yerinə gələn həkim briqadasının ilkin rəyinə görə, xarici vətəndaş ürəktutmasından ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.