Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İndoneziyada terror aktı törədilib, yaralananlar var

Tarix :
İndoneziyada terror aktı törədilib, yaralananlar var

İndoneziyanın Bandunq şəhərində polis bölməsində baş verən terror aktında azı üç hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Bu barədə "Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, polis idarəsinin daxilində partlayışı kamikadze törədib.

Daha öncə "Antara” agentliyi partlayışın yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 05:30) baş verdiyini bildirmişdi.