Rusiyanın ilhaq etdiyi Donetsk Xalq Respublikasında (DXR) yük maşını və mikroavtobusun toqquşması nəticəsində 16 nəfər həlak olub.
Bu barədə dekabrın 7-də bölgənin fövqəladə hallar xidməti məlumat yayıb.
Qəza Şaxtersk - Torez avtomobil yolunda baş verib: "Hərbi personalı daşıyan yük maşını ilə mikroavtobus toqquşub. 16 nəfər ölüb, üç yaralı xəstəxanaya yerləşdirilib".