Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Çin Ukraynaya humanitar yardımı artırmağa çağırıb

Tarix :
Çin Ukraynaya humanitar yardımı artırmağa çağırıb

Çin beynəlxalq ictimaiyyət və humanitar təşkilatları Ukraynaya humanitar yardımı artırmağa çağırıb.
Xarici KİV xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Gen Şuan Təhlükəsizlik Şurasının iclasında deyib.
"Ukrayna xalqı ikiqat problemlə qarşılaşır - müharibə və qış. Bu, humanitar ehtiyacların kəskin böyüməsi və artan elektrik çatışmazlığıdır", - Gen Şuan bildirib.
"Uşaqlar ən həssas qrupdur. Çin humanitar vəziyyətlərdə uşaqların ehtiyaclarını mümkün qədər çox nəzərə almağa çağırır" dedi.