Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya şirkətlərə bunu qadağan edəcək

Tarix :
Rusiya şirkətlərə bunu qadağan edəcək

Rusiya baş nazirinin müavini Aleksandr Novak, Avropa İttifaqının Rusiyadan dəniz yolu ilə daşınan neftin barelinin tavan qiymətini 60 dollar olması ilə bağlı qərarını qiymətləndirib.
Xarici medianın məlumatına görə, Novak ilin sonuna qədər şirkətlərə tavan qiymətlə neft satışını qadağan etməyi planlaşdırdıqlarını bildirib:
"Hazırda məsləhətləşmələr aparırıq, qərarı yekunlaşdırırıq və şirkətlərlə müzakirə edirik”.
Tavan qiymət qərarının bazar alətlərinə müdaxilə etmək olduğunu vurğulayan Novak, "Bu, əlbəttə ki, şirkətlərimizin işinə təsir edir. Bununla belə, Rusiya neftinə dünya bazarlarında tələbat olduğunu və alıcı tapacağını vurğulamaq istərdim" – deyib.