Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

DƏHŞƏTLİ HADİSƏ: Hamilə qadını öldürdülər, bətnindən körpəsini oğurladılar - FOTO

Tarix :
DƏHŞƏTLİ HADİSƏ: Hamilə qadını öldürdülər, bətnindən körpəsini oğurladılar - FOTO

Meksikanın Nuevo Leon əyalətində mobil telefon proqramı ilə çağırılan taksiyə mindikdən sonra yoxa çıxan 19 yaşı olan 8 aylıq hamilə qadının günlər sonra cəsədi tapılıb.
 
Xarici medianın məlumatına görə, Baş Prokurorluqdan verilən açıqlamada, 8 aylıq hamilə olan Marta adlı gənc qadının cəsədinin öldürülən başqa bir qadının cəsədi ilə birlikdə bir anbarda tapıldığı bəyan edilib.
Martanın körpəsinin oğurlandığını və boğularaq öldürüldüyünü açıqlayan Baş Prokurorluq, öldürülən digər qadının Marta ilə taksidə gedən rəfiqəsi olduğunu bildirib.
Oğurlanan körpənin taleyi hələlik məlum deyil.
Baş Prokurorluq hadisə ilə bağlı istintaqın qadın qətli çərçivəsində aparıldığını və oğurlanmış körpənin axtarıldığını bildirib.