Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İranda təxribat törətmək istəyən 12 nəfər SAXLANILDI

Tarix :
İranda təxribat törətmək istəyən 12 nəfər SAXLANILDI

İranda 12 nəfər ölkənin milli təhlükəsizliyini pozmaqda və xarici ölkələrdən dəstək almaqda şübhəli bilinərək həbs edilib.
Bu barədə "Tasnim" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, şəbəkə üzvləri İranın Mərkəzi vilayətində saxlanılıb. Onlar Almaniya və Hollandiyadan olan şəxslər tərəfindən dəstəklənən dağıdıcı fəaliyyətlər həyata keçirməkdə şübhəli bilinirlər.
İran hərbçilərinin bəyanatına görə, şəbəkə üzvləri silahların hazırlanmasında iştirak ediblər, təxribat törətmək niyyətində olublar, lakin planlarını həyata keçirməmiş saxlanılıblar.