Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Bayramovla Mirzoyan yaxın həftələrdə görüşəcək” - Dövlət Departamenti

Tarix :
“Bayramovla Mirzoyan yaxın həftələrdə görüşəcək” - Dövlət Departamenti

Azərbaycan və Ermənistan XİN başçıları yaxın həftələrdə yeni görüş barədə razılığa gəliblər.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinq zamanı bildirib.
“Xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər. Hər ikisi nazir iclasının keçirilməsinə görə Amerika tərəfinə təşəkkürünü bildirib”, - Prays deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-də Vaşinqtonda olub.