Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bacısını və dayısı oğlunu yataqda tutan şəxsdən DƏHŞƏTLİ ƏMƏL

Tarix :
Bacısını və dayısı oğlunu yataqda tutan şəxsdən DƏHŞƏTLİ ƏMƏL



Qəbələdə bacısını və dayısı oğlunu qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.
Hadisə Qəbələ rayon Zarağan kəndində baş verib. Belə ki, sərxoş vəziyyətdə olan Sədi Məmmədov bacısı Gülnarə Məmmədova ilə dayısı oğlu Murad Əliyevi yataqda yaxın münasibətdə olarkən tutub. O, dayısı oğluna 7, bacısına isə 8 bıçaq zərbəsi endirib. 
Cinayəti törədən S.Məmmədov dayısına məxsus "Hyundai" markalı avtomobillə hadisə yerində qaçmağa çalışıb, amma Savalan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarına çıxıb. Avtomobil yararsız hala düşdüyündən o, piyada Ağdaş rayonuna gedib.
Zərərçəkmiş şəxslər isə xəstəxanaya çatdırılıblar və onların həyatını xilas etmək mümkün olub. 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti versə də, onun şikayəti təmin edilməyib.