"ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyirlər. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk Qrupunun səylərinin nəticəsi deyildi:
"Azərbaycan öz işini özü gördü. ATƏT sərhəddə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”.