Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Beyləqanda ata, ana və iki oğlu odlu silahla qətlə yetirilib - YENİLƏNİB-2

Tarix :
Beyləqanda ata, ana və iki oğlu odlu silahla qətlə yetirilib - YENİLƏNİB-2

Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.
Apa xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.
Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.
00:31
Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.
Apa xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:
Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;
Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;
Quluzadə Amin Nadir oğlu – 26 yaş;
Quluzadə Xəyal Nadir oğlu - 29 yaş;
Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
00:0
0Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
Qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.
23:34
Dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.