Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Qanuni oğru” hərbi xidmətdə olduğu üçün TİTULUNU İTİRDİ

Tarix :
“Qanuni oğru” hərbi xidmətdə olduğu üçün TİTULUNU İTİRDİ

51 yaşlı dağıstanlı “qanuni oğru” Raciddin Mehrəliyev (Racik Nijnevartovski) hərbi xidmətdə olduğunu gizlətdiyi üçün titulunu itirib.
 
Onun sovet ordusunda xidmət etdiyi məlum olub. Bu faktın üstünü açan isə başqa bir “qanuni oğru” - Gilani Əliyev (Sedoy) olub. İddialara görə, bu barədə məlumat Sedoya Çeçenistanın güc strukturları tərəfindən ötürülüb.
 
Qeyd edək ki, kriminal aləmin qaydalarına “qanuni oğru” titulunu iddia edənlər hərbi xidmətdə olmamalıdır. Kriminal dünyanın xeyli sayda nüfuz sahibi olan üzvləri var ki, hərbi xidmətdə olduqlarına görə “qanuni oğru” titilu daşımır və bu ada iddia da etmirlər.