31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd edilib ki, dəyişiklik Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədardır:
"Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək".