Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Fransada tətil dalğası yayılır: İctimai işçilər aksiyaya QOŞULDU

Tarix :
Fransada tətil dalğası yayılır: İctimai işçilər aksiyaya QOŞULDU

Fransada neft emalı zavodları və yanacaq anbarlarında başlayan tətildən sonra nəqliyyat sektorunda çalışan işçilər və müəllimlər maaşların artırılması tələbi ilə bu gün iş yerlərini tərk ediblər.

Milli Dəmiryol İdarəsi (SNCF) tətilə qatılan insanların yüzdə 50-nin olduğunu açıqladı. Bu gün tətil edən işçilər paytaxt Paris başda olmaqla, böyük şəhərlərdə nümayiş yürüşləri təşkil edəcək. May ayında keçirilən seçkilərdə ikinci dəfə seçilən prezident Emmanuel Makron üçün son tətillər ən böyük uğursuzluqlardan biridir.