Deputat: “Fransa Parlamentinin Milli Assambleyasının addımı beynəlxalq hüquq normalarının pozulmasıdır”

access_time1-12-2022, 15:12 visibility18 categoryXəbərlər
Dünən, dəqiq tarixlə desək 30 noyabr 2022-ci ildə Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul etdi.
Bəs görəsən Assambleyanın bu qərəzli qətnaməni qəbul etməsi nə ilə bağlıdır?
Məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov açıqlama verib.


Deputatın sözlərinə görə, bu addımlarla Fransa Parlamentinin aşağı palatasının beynəlxalq hüququn normalarını pozur:
“Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyanın Azərbaycan əleyhinə qətnamə qəbul etməsi gözlənilən idi. Çünki artıq bu ilin noyabr ayının 15-də Fransa Senatı belə bir addım atmışdı. Həm Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyanın, həm də Fransa Senatının bu addımı beynəlxalq hüquq normalarının pozulması, tərəf tutmaqdır. Həmçinin Fransa ATƏT-in Minsk qrupunun həmsədri olub. Həmsədrlər də qərəzsiz, tərəfsiz və neytral olmalıdır. Bu 30 il ərzində onların bu addımına görə, heç bir fəaliyyətləri fayda vermədi. Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya yekdilliklə “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə onu sübut edir ki, sözügedən şəxslər ermənidən çox erməni olmaq istəyirlər. Düşünürəm ki, sözügedən qurumun belə addım atmağının əsas səbəbi Fransada güclü erməni lobbisinin təsiridir. Ermənidən çox erməni olmağa can atan sözügedən qurumlar, Azərbaycanı aqressiyada ittiham edənlərə fransızlarla ermənilərin etnik olaraq qohum olmadığını da demək lazımdır”.
Qeyd edək ki, “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamənin 256 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Səsvermədən əvvəl Fransa Milli Assambleyasının müxtəlif fraksiyalarının nümayəndələri qətnamə layihəsini dəstəkləyəcəklərini bəyan ediblər.
Məlumat üçün bildirək ki, qətnamə layihəsinin həmmüəllifləri Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasının üzvləri olan deputatlardır.
Həmçinin, bundan əvvəl də 15 noyabr 2022-ci ildə Fransa Senatı da Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə də qəbul edib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş