Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Sevda doğulacaq qızına artıq ad tapıb

Tarix :
Sevda doğulacaq qızına artıq ad tapıb

"Qızıma ad da düşünmüşük. İnşallah ki, sağ-salamat dünyaya gəlsin, adını Ayla qoyacağıq. Ayla mənim ən çox sevdiyim adlardan biridir".
Moderator.az xəbər verir ki, bunu müğənni Sevda Yəhyayeva deyib.
O əlavə edib: "Hamiləliyimlə əlaqədar çox çəki almamışam, çünki yürüşlərdə oluram, özümə, yeməyimə diqqət edirəm. Bundan əlavə sənətlə də aktiv məşğul oluram. Yeni mahnımı, klipimi və fotosessiyamı təqdim etdim. Toylara da gedirəm. Gələn həftədən yəqin ki, artıq hər şeyə "stop" deyəcəm.
"Çox uzun müddət yəqin ki, sənətdən uzaqlaşmayacam. Yəqin ki, qısa müddətdən sonra tamaşaçılarımla görüşəcəyəm. Amma yenə deyirəm, indidən heç nəyi dəqiq deyə bilmirəm. Təki sağlıq olsun. Artıq efirlərə çıxmıram".