Rusiyada uçuşlara qadağa rejimi uzadıldı

access_time1-12-2022, 13:04 visibility16 categoryXəbərlər
Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən bir sıra hava limanlarında uçuşlara qoyulan məhdudiyyət rejimi dekabrın 9-dək uzadılıb.

"İnterfaks” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) yayıb.

Məlumata görə, Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista hava limanları qapalı olaraq qalacaq.

Xatırladaq ki, Rosaviasiya fevralın 24-ü, Ukraynada hərbi əməliyyata başladığı gün sözügedən hava limanlarının fəaliyyətinə məhdudiyyətlər tətbiq edib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş