Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ yenə ağır sınaqla üz-üzə: bir anda 30 tornado baş verdi - Qurbanlar var

Tarix :
ABŞ yenə ağır sınaqla üz-üzə: bir anda 30 tornado baş verdi - Qurbanlar var

ABŞ-ın cənub ştatlarında 30 tornado meydana gəlməsi nəticəsində iki nəfər ölüb.

Bu barədə "ABC News" məlumat yayıb. Telekanalın məlumatına görə, hər iki qurban Alabama ştatının mərkəzində saatda 115 mil sürətlə əsən tornadoya məruz qalıb

Ümumilikdə ən azı 30 tornado Missisipi, Luiziana və Alabama ştatlarından keçib. Təbiət hadisələri çərşənbə günü səhər saatlarına düşüb.

Kanal qeyd edir ki, Missisipi ştatının bir neçə bölgəsində binalara ziyan dəyib, Texas və Kentukki ştatlarına isə "qolf topları” ölçüsündə dolu düşüb. Telekanalın məlumatına görə, Alabama, Corciya və Florida ştatlarında hava şəraitinin daha da pisləşməsi gözlənilir.