Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Məhkəmə Vilyam Hacıyevlə bağlı qərar verdi

Tarix :
Məhkəmə Vilyam Hacıyevlə bağlı qərar verdi

İmişlinin sabiq başçısı Vilyam Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin Vilyam Hacıyevlə bağlı çıxardığı hökmün qanuna uyğun qəbul edildiyi əsas gətirilərək şikayət rədd edilib.
Həmçinin, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş 5 milyonluq əmlaklar üzərinə qoyulmuş həbs qərarının ləğv edilməsi ilə bağlı şikayət də əsassız hesab olunub.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.