Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xorvatiya bazar günləri işi məhdudlaşdırmağı planlaşdırır

Tarix :
Xorvatiya bazar günləri işi məhdudlaşdırmağı planlaşdırır

Xorvatiyanın Əmək naziri Marin Piletiç, bu həftə hökumətə təqdim ediləcək yeni qanun layihəsi ilə işçilərin bazar günlərini məhdudlaşdırmağı planlaşdırdıqlarını açıqladı.

Layihə çərçivəsində işçilərin ayda maksimum 3 bazar, ildə isə 16 bazar günü işləyə biləcəyini qeyd edən Piletic, 1 yanvar 2023-cü il tarixindən etibarən bütün işçilərə normal maaşlarından 50 faiz çox maaş verməyi planlaşdırdıqlarını ifadə etdi.

Müstəqil Xorvatiya Həmkarlar İttifaqının rəhbəri Kresimir Sever bildirib ki, həmkarlar ittifaqları bazar günləri əmək haqqının 100 faiz artırılmasını tələb ediblər, lakin əlavə artımlar üçün danışıqların aparılması ehtimalı qalmaqdadır. Bazar maaşlarının digər günlərlə müqayisədə 30-37 faiz yüksək olduğu ölkədə həmkarlar ittifaqları ayda 3 bazar günü işləməyi çox görürlər.