Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Tıxacın qarşısını almaq üçün dərs saatının dəyişdirilməsi təklif edilir: Bu, probelmi həll edəcəkmi?

Tarix :
Tıxacın qarşısını almaq üçün dərs saatının dəyişdirilməsi təklif edilir: Bu, probelmi həll edəcəkmi?

"Əgər biz 09:10-da dərsə başlasaq, bu, ikinci növbəyə mütləq təsir edəcək. O zaman ikinci növbənin dərsləri daha gec başa çatacaq. Bu hal isə gecə saatlarında şəhərdə böyük bir tıxacın yaranmasına səbəb olacaq".
 
Bunu açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev nəqliyyat eksperti Elməddin Muradlının ibtidai siniflərdə dərslərin saat 09:10-da başlaması ilə bağlı təklifini şərh edərkən deyib. Onun sözlərinə görə, tıxacların qarşısının alınması üçün nəqliyyat infrastrukturunda müəyyən dəyişikliklər aparılmalıdır:

"Bu gün tıxacların qarşısının alınması başlıca səbəbləri var. Biz övladlarını şəxsi avtomobilində məktəbə aparan valideynlər ya ictimai nəqliyyatdan istifadə etməlidirlər, ya da məktəblilərin daşınma sistemi həyata keçirilməlidir. Günün reallığı ondan ibarətdir ki, dərslərin hansı saatda başlanmasından asılı olmayaraq, şəhərdə olan insan və nəqliyyat sıxlığı daima tıxacların yaranmasına gətirib çıxaracaq. Fikrimcə, dərsin gec başlamasının problemi həll edəcəyini düşünmək doğru yanaşma deyil. Uşaqlar dərsə daha tez başlayarlarsa, növbəliyin təminində gecikmələr olmaz”. 
 



Elçin Əfəndiyev deyir ki, sıxlığın qarşısının alınması üçün dərslərin gec başlaması təklifi absurd yanaşmadır:

"Bu, məsələdən çıxış yolu deyil. Biz fərqli istiqamətlər üzrə, yol infrastrukturunun yaxşılaşdırılması, şəhrə giriş-çıxış zamanı tamamiylə fərqli istiqamətlərə gedəriksə, şəhərdaxili sıxlığın qarşısını ala bilərik, əks halda bunu uşaqların üzərindən etməyimiz doğru yanaşma deyil. Bunu təhsil üzərindən etməyimiz heç doğru yanaşma deyil. Hansısa məsuliyyətsiz qurumun edə bilmədiklərini təhsil tərəfə yönəltməli deyilik. Konkret olaraq sıxlığı məktəblərin üstünə atmaq olmaz”. 

Qeyd edək ki, nəqliyyat eksperti Elməddin Muradlı ibtidai siniflər üçün dərslərin 09:10-da da başlamasını təklif edib: "Həmin məktəblərin dərs saatlarını müxtəlif saatlara salmaq olar. Tıxacı, xüsusən də ibtidai sinif şagirdləri yaradır. İbtidai siniflərin dərs saatını yoxlamaq olar. İbtidai siniflərin dərsini 08:00, 08:20, 08:40, 09:00, lap yeri gələrsə, 09:10 üçün də təyin etmək olar”.