Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Cənubi koreyalı qız gözəl seçildi - FOTO/VİDEO

Tarix :
Cənubi koreyalı qız gözəl seçildi - FOTO/VİDEO

Filippində "Miss Earth-2022" (Yer Gözəli-2022) gözəllik müsabiqəsi keçirilib. 
"Manila Times" xəbər verir ki, Manila şəhərində baş tutan yarışmaya xarici ölkələrdən 86 iştirakçı qatılıb. "Miss Earth-2022" adına cənubi koreyalı Mina Sue Choi sahib olub.
Yarış tarixində ilk dəfədir ki, cənubi Koreya təmsilçisi qalib olaraq əsas mükafatı alıb. Müsabiqənin digər finalçıları isə Avstraliya, Fələstin və Kolumbiya gözəlləri olublar.
Müsabiqədə qonşu ölkə Rusiyanı isə Yekaterina Velmakina təmsil edib. O, finalçılar sırasına daxil olmasa da, münsiflər heyətindən bir neçə mükafat alıb.
Tədbir üç il ərzində ilk dəfədir ki, üz-üzə formatda keçirilib. Əvvəllər pandemiya səbəbi ilə təşkilatçılar müsabiqəni yalnız onlayn keçirirdilər.