Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ermənistanın keçmiş polis rəisinin qızı mənimsəmədə ittiham edilir

Tarix :
Ermənistanın keçmiş polis rəisinin qızı mənimsəmədə ittiham edilir

Ermənistanın keçmiş polis rəisi Vladimir Qasparyanın qızı cinayət məsuliyyətinə cəlb edilib.
“Sputnik Ermənistan” xəbər verir ki, rəisin qızı Y.Q atasının və polis qüvvələrinin keçmiş komandiri Levon Yeranosyanın köməyi ilə idarədə müxtəlif vəzifələrə təyin edilib.
Məlumata görə, o, 3 ildir ki, polkovnik-leytenant rütbəsi olduğu halda işə gəlməyib və xidməti vəzifələrini yerinə yetirməyib.
Qeyd edilib ki, Qasparyanın qızı 3 il ərzində əmək haqqı, mükafat və məzuniyyət pulu adı altında təxminən 22 min dollar vəsait mənimsəyib.