Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Berdiməhəmmədov bibisi oğlunu istefaya göndərdi

Tarix :
Berdiməhəmmədov bibisi oğlunu istefaya göndərdi

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov bibisi oğlu Əhməd Geldimuradovu “Türkmənqaz” dövlət konserninin sədr müavini vəzifəsindən azad edib.
“Central Asia” nəşri xəbər verir ki, buna səbəb Geldimuradovun paytaxt Aşqabadda yerləşən barlardan birində yüksəkrütbəli prokurorla dava etməsi olub. 
Bildirilir ki, sərxoş vəziyyətdə olan Geldimuradov şüşəni prokurorun başına vuraraq sındırıb. İnsidentin isə təqribən 1 ay əvvəl baş verdiyi qeyd olunub. 
Məlumata görə, insident sözügedən məkanın müşahidə kameraları tərəfindən lentə alınıb. Daha sonradan insidentin videosunu Prezident Sərdar Berdıməhəmmədova və atası Qurbanqulu Berdıməhəmmədova göstəriblər. Bunun ardınca isə ölkə Prezidenti Geldimuradovun işdən azad olunması barədə qərar qəbul edib.