Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Binəli Yıldırımın qəzaya düşdüyü yerdən - Fotolar

Tarix :
Binəli Yıldırımın qəzaya düşdüyü yerdən - Fotolar

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın olduğu avtomobil Cəbrayıldan qayıdarkən qəzaya uğrayıb.
Türkiyə mətbuatında B. Yıldırımın qəzaya uğradığı avtomobilin fotoları yayılıb.
Fotolar qəzanın əhəmiyyətli dərəcədə olduğunu deməyə əsas verir.


Qeyd edək ki, Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriliblər. Son məlumatlara görə, onların vəziyyətləri qənaətbəxşdir, həyatları üçün hər hansı bir təhlükə yoxdur və yaxın saatlarda onların evə yazılacağı gözlənilir. Bundan əlavə Türkiyə qəza keçirənlər üçün Azərbaycana ambulans təyyarə də göndərib.