Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Cəlilabadda yol qəzası: Ölən və yaralananların adları AÇIQLANDI

Tarix :
Cəlilabadda yol qəzası: Ölən və yaralananların adları AÇIQLANDI

Cəlilabad rayonunda yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
 
“Report” xəbər verir ki, qəza nəticəsində Salayev Murad Fazil oğlu hadisə yerində ölüb.
Hadisə zamanı xəsarət alan Salayev Rəhman Şamil oğlu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, Əzimov Cavidan Həbib oğlu və Salahzadə Həsən Yalçın oğlu isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
16:47
Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.
Yaralılardan biri Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, ikisi isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.