Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Yevlaxda 26 yaşlı qız zorla qaçırıldı

Tarix :
Yevlaxda 26 yaşlı qız zorla qaçırıldı

Yevlax Rayon Polis Şöbəsinə noyabrın 28-də 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.
Araşdırma aparılır.