Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanda yanğınsöndürən intihar etdi

Tarix :
Azərbaycanda yanğınsöndürən intihar etdi

Şirvanda intihar hadisəsi baş verib. 
32 yaşlı şəhər sakini Babək Cəfərov ötən gün yaşadığı evin həyətyanı sahəsindəki anbarda özünü tavandan asıb.
Əldə etdiyimiz məlumata əsasən, qeyd olunan şəxs FHN-in Şirvan şəhər Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsində çalışıb. Hadisə xidmətdən kənar vaxtda, yaşadığı evdə olarkən baş verib. İlkin ehtimala görə, hadisə ailə-məişət problemləri zəminində qeydə alınıb. 
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. //qafqazinfo